Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-07-2023 , 09:03

5828

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Bir məktubun izi ilə

Ağstafa RİH-ə ünvanlan məktub niyə 80 gündən sonra cavablandırılıb

Son günlər bir sıra rayon  icra başçılarıyla bağlı məqamlar yenidən gündəmə gəlmişdi. Bəzi rayonlara təyin edilən icra başçılarının danışıqlarından hiss olunurdu ki,  onların yerlərdəki problemlərdən bir o qədərdə dərindən məlumatları yoxdu. Sanki bu siyasi rəhbərlər əhali arasında olmağı sevmir, üstəlik sakinlərlə ünsiyyət qurmağa da meylli deyillər. Bir çox hallarda bəzi siyasi rəhbərlər bələdiyyə sədrləriylə isə hətta DOST mərkəzlərində işə düzələn sosial  işçilər kimi davranırlar. Maraqlı məqam bir də ondadır ki, bəzi siyasi rəhbərlərdə özündənrazılıq elə səviyyəyə çatıb ki, bələdiyyənin üzləşdiyi problemi dinləmək belə istəmirlər. Yəni bələdiyyə sədri birbaşa icra başçısına söz deməkdən mərhumdur. Qısası  başçı onları qəbul etmir və konkret olaraq tapşırıq verilib ki, başçını narahat etməsinlər. Bütün məsələlər  birinci müavinə deyilməlidir.

Sözsüz ki,  birinci müavində ona deyilən sözü milli mental dəyərlərə uyğun öz oranjemanında başçıya  deyir, sonda problem şişir və  öz həllini tapmır. Nəticə də  narazılıq baş qaldırır. Əgər icra başçısı ona deyilən müraciəti qulaqardına vurmasaydı düşünürəm ki, hec bir problem bu qədər böyüyüb hamını narahat etməzdi.

Bir çox hallarda bələdiyyə sədrlərindən bu kimi məlumatlar eşidəndə narahat olmaya bilmirsən.

Nə isə,  mətləbdən uzaqlaşmayım.

****

Cari ilin mart ayının əvvələrində  Belediyye.infonun elektron poçtuna Ağstafa rayon Eynali bələdiyyəsinin sədri, şəhid anası Elnarə Abbasovadan müraciət daxil olmuşdu. Məktubun əsas qayəsi icra-bələdiyyə münasibətlərində yaranan uçuruma aydınlığın gətirilməsiydi. Bizdə sədrin ciddi ittiham və iradla dolu  müraciətinə söykənərək hazırladığımız müraciəti rayon icra hakimiyyətinin başçısına  ünvanladıq. Və məktubda qaldırılan məsələlərə aydınlıq gətirilməsini xahiş etdik. Yəni jurnalistikanın “qanunlarına” uyğun olaraq mövzunu icitmailəşdirməmiş qarşı tərəfində fikirlərini öyrənmək istədik.  Qısası, bizə edilən müraciəti birtərəfli qaydada yayınlamaq istəmədik.  Cari ilin 29 mart tarixində Ağstafa RİH başçısı Seymur Orucova etdyimiz müraciətə, təsəvvür edin ki, 24 iyunda cavab məktubu aldıq. Özü də ciddi danışıqlardan sonra. Etiraf edim ki, QHT sektorunda müəyyən iz qoymuş  gənc və perspektivli kadr hesab olunan Seymur Orucovun rəhbəri olduğu icra hakimiyyətinin işçilərinin vətəndaş müraciətinə bu cür etinasız yanaşmasını nə icra başçısına, nə də ki onun komandasına  yaraşdırmadım.   

***

Ağstafa RİH rəsmilərinə xatırladıram ki,  Azərbaycan Prezidenti  İlham Əliyevin  30 sentyabr 2015-ci ildə təsdiq etdiyi “Vətəndaş müraciləri” haqqında qanunun 1.1 maddəsində  qeyd edilir ki,  “Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır”

Həmin qanunun  “Müraciətə baxılması müddəti” adlanan  10-cu maddəsində isə  konkret olaraq qeyd edilir.  Ağstafa RİH təmsilçilərinə bunu bir daha xatırladıram:  

“10.1. Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.

10.2. Bu Qanunun 9.2-ci, 9.6-cı, 10.3-cü və 10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Bu barədə müraciət edən vətəndaşa, habelə müraciəti baxılmaq üçün bu Qanunun 7.11-ci maddəsinə uyğun olaraq digər müraciətə baxan subyektə göndərmiş yuxarı dövlət orqanına onun tələbi ilə məlumat verilməlidir.”

Mən hələ məktubun təhlilinə keçməmiş qeyd etməliyəm ki, 29 mart tarixində göndərilən məktuba 24 iyun tarixində cavablandırılması özü artıq qanunpozuntusu kimi başa düşülməlidir. Məhz adını çəkdiyimiz qanunun 16 maddəsində qeyd edilir ki, “bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.”

Bəli, məsuliyyət daşıyırlar və daşımalıdırlar. Bu arada mən “İnforamsiya əldə etmək haqqında” Qanunun  24 maddəsində ki “İnformasiya sorğusunun icra müddəti” məsləsinə toxunmuram.  Xatırladıram ki, “informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir.

Göründüyü kimi, qanunlarımız çox yüksək səviyyədə hazırlanaraq və ölkə başçısı tərəfindən təsdiq edilərək  bizlərə və bizim məmurlara təqdim edilib, habelə təqdim edilməkdədir. Qalır bu qanunların tələblərinə uyğun fəaliyyət göstərmək.

****

Yuxarda belə bir cümlə qeyd etmişdim ki,  cavab məktubunu çox çətinliklə ala bildim.  Demək, müraciətimin iki ayının tamamında Ağstafa RİH-ə müraciət edib məktubumun kimin üstünə yazıldığını öyrəndim.  RİH- in sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində çox yüksək səviyyə və təmkin nümayiş etdirərək suallarıma anındaca cavab verərək, müraciətimin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri  Şahhüseyn Qurbanovda olduğunu bildirdilər. Və onun iş otağının  telefon nömrəsini də verməyi unutmadılar.

Çox hörmətli Şahhüseyn müəllimlə bir neçə dəfə telefon danışığım oldu. İlk danışıqda nədənsə  hansısa səbəbdən mənə cavab verildiyini isbat etməyə çalışdı. Üstəlik söhbət əsnasında yaranan bəzi suallarıma cavab verməyi unutmadı. Misal olaraq yeni seçilən şəhid anası olan xanım sədrin rayon səviyyəli tədbirlərə niyə dəvət edilmədiyini soruşduqda birmənalı olaraq xanımın seçilməsiylə bağlı protokolun icra hakimiyyətinə təqdim etməli olduğu deməsi məni çox narahat etdi. Yəni qanunla bələdiyyə iclasının bütün protokolları inzibati nəzarət qaydasında Ədliyyə Nazirliyinin müvafiq qurumlarına təqdim etməli olduğunu hörmətli şöbə müdiri bilməmiş deyil. Üstəlik, bələdiyyədə guya yaranmış xoşagəlməz mühitlə bağlı müvafiq orqanlara müraciət edilməsini və həmin orqanların bələdiyyədə hər hansı qanun pozuntusunun olmaması qeyd edilsə də, təkrar olaraq RİH-də  bələdiyyə ilə kin-küdurət mühitini yaradılması kimə və nəyə lazım idi.  Üstəlik seçilən sədrin şəhid anası olmasını bildiyimiz halda...Nə isə...

Mənim müraciətimə ünvanlanan cavabı isə ancaq “yola verdik” kimi qəbul edirəm. Olsun. Mən müzakirənin davam etməyə  maraqlı olmasamda və hər iki tərəfin təmsilçiləriylə yalnız telefon danışıqlarımdan artıq  kimin düz, kimi yalnış yolda olması mənə bəlli olduğundan mövzunun daha dərinliyinə kimi getmək istəmədim. Düşünürəm ki, kiçik bir araşdrıma yerli məmurları icra-bələdiyyə münasibətlərinə yenidən baxmağa imkan yaratmış olacaqdır. Hər halda belə düşünək.

Bununla yanaşı gəlin unutmayaq ki,  istənilən məmur kimliyindən asılı olmayaraq, qanunlarımıza hörmətlə yanaşmalıdır. Bu onun həmdə borcudur. İcra-bələdiyyə münasibətlərinin tənzimlənməsində əsas rolu isə siyasi rəhbərlə yanaşı, onun rayonda formalaşdırdığı komandanın üzərinə düşür. Bu komanda münasibətləri tənzimləmək əvəzinə başqa yolu seçəndə rayonun adına ciddi problem yaranır və məmurların bu kimi addımları nəticə etibariylə siyasi rəhbərin nüfuzuna da xələl gətirmiş olur. Odur ki, indiki həssas məqamda gəlin atdığmız hər bir addımımıza  bir qədər diqqət yetirək. Edilən müraciətlərə həm vaxtında cavab verək, həm də tanımadığmız şəxslə danışanda diqqətli olaq.

Vüqar Tofiqli

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Hər üç görüşdə diqqətimi çəkən əsas məqam...

Gündəlik Xəbərlər
24-04-2025
678

Cərimə edilən sırasında bələdiyyədə də var 

Gündəlik Xəbərlər
21-04-2025
532

Bələdiyyələr niyə hesabat verə bilmirlər...

Gündəlik Xəbərlər
11-04-2025
1171

Eldar Əzizovu fərqləndirən əsas cəhət


Gündəlik Xəbərlər
09-04-2025
543

Nazir  Şəkidə vətəndaşları qəbul edib

Gündəlik Xəbərlər
07-04-2025
542

Bu rayonlarda  da bələdiyyələr formalaşdırılıb?

Gündəlik Xəbərlər
07-04-2025
595